"Borussiya"dan daha bir transfer

14:38 - 22 İyul 2016

30 milyon avro qarşılığında
 
Yay transfer pəncərəsinin fəal klublarından biri olan "Borussiya" Dortmund növbəti transferini reallaşdırıb.
 
Sportal.az xəbər verir ki, Dortmund klubu "Volfsburq"da çıxış edən Almaniya yığmasının üzvü Andre Şürrleni heyətinə qatıb. 
 
25 yaşlı hücumçunun transferi "Borussiya"ya 30 milyon avroya başa gəlib.
 
Qeyd edək ki, "Borussiya" Mark Bartra, Ousman Dembele, Əmrə Mor, Mikel Merino, Sebastian Rode, Rafael Querreronu və Mario Qötseni də transfer edib.

Xəbər xətti