"Gələcəkdə də böyük turnirlərdə oyun idarə etmək istəyirəm"
"Bu çox böyük bir qürurdur. Finala təyinat aldığımı eşidəndə bir az şoka düşdüm. Turnir başlayanda final matçını idarə edəcəyimə ümüd edirdim. Buna görə çox xoşbəxtəm".
Sportal.az xəbər verir ki, bu fikirləri UEFA-nın rəsmi saytına açıqlamasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev bildirib.
28 yaşlı referi Almaniyada təşkil edilən 19 yaşadək futbolçuların Avropa çempionatının final matçına təyinat almasından danışıb: "Bu, müasir Azərbaycan hakimliyi üçün böyük tarixdi. Ailəmə, rəhbərliyə və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu Avropa çempionatı böyük ölkədə təşkil edilmiş böyük turnurdi. Təşkilatçılıq möhtəşəmdi. Almaniya futbol ölkəsidir. Burada mükəmməl arenalar var, futboldan həzz almaq olur. Burada təcrübəli referilər var. Mən onlardan çox şey öyrəndim. Turnirdən əvvəl çox ciddi hazırlaşırdım, çünki bu mənim üçün yüksək səviyyə idi. Final böyük matçdı. Ümüd edirəm ki, mənim üçün son belə matç deyil. Gələcəkdə də böyük turnirlərdə oyun idarə etmək istəyirəm".
Qeyd edək ki, Fransa və İtaliya arasında keçiriləcək final matçı iyulun 24-də Sinsheim şəhərinin "Rhein-Neckar-Arena"sında baş tutacaq və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi