Marko Pyatsa Turin klubunda
Son İtaliya çempionu "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, turinlilər "Dinamo" Zaqrebin futbolçusu Marko Pyatsanın keçidini rəsmiləşdirib. Xorvatiya milli komandasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 21 yaşlı futbolçunun transferi üçün italyanlar Zaqreb klubuna 23 milyon avro ödəyib.
Qeyd edək ki, 2014-cü ildən "Dinamo" Zaqrebin şərəfini qoruyan gənc yarımmüdafiəçi meydana çıxdığı 60 matçda 19 dəfə fərqlənməyi bacarıb. O, Xorvatiya milli komandasının heyətində keçirdiyi 10 matçda bir dəfə rəqib qapısına yol tapa bilib.