"Zirə" hazırlığını davam etdirir FOTOLAR

01:19 - 23 İyul 2016

Hazırlığın 3-cü günü
 
“Zirə” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bolu hazırlığının 3-cü günündə iki dəfə məşq edib. Səhər məşqində “qartallar” əsasən dözümlülük üzərində çalışıb.
 
Axşam məşqi bir qədər fərqli olub. Baş məşqçi Adil Şükürov taktiki-texniki çalışmalara üstünlük verib. Sonda isə ikitərəfli oyun keçirilib.
 
“Qartallar” sabah istirahət edəcək. Növbəti gün isə komanda Türkiyədəki ilk yoxlama oyunundan öncə son məşqini keçirəcək.
 

Xəbər xətti