20 yaşlı futbolçu "Arsenal"da
"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, "topçular" "Bolton"un müdafiəçisi Rob Holdinqi transfer edib. 20 yaşlı futbolçunun transferi "Arsenal"a 2.5 milyon funt-sterlinqə başa gəlib.
İngiltərənin 21 yaşlılardan ibarət yığmasının üzvü olan Holdinq son mövsümdə Çempionşipdə iştirak edən "Bolton"un heyətində 26 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi