1 illik müqavilə imzalandı
Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib.
Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Gürcüstan klubu ilə 1 illik müqavilə bağlayıb.
"Kolxeti" ötən mövsüm Gürcüstan çempionatını 10-cu pillədə başa vurub.
Qeyd edək ki, ilk dəfə legioner həyatı yaşayacaq Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt" klublarında çıxış edib.
saytlarin hazirlanmasi