Arda Turan transferi təsdiqlədi
"Beşiktaş" daha bir transferini reallaşdırmağa yaxındır.
Sportal.az xəbər verir ki, son Türkiyə çempionu "Barselona”nın futbolçusu Adrianonu heyətinə qatmağa yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunub və təcrübəli müdafiəçi "Beşiktaş"la müqavilə imzalayacaq.
Məsələyə "Barselona"nın türkiyəli futbolçusu Arda Turan da münasibət bildirib:
"Adirano ilə danışmışam. "Beşiktaş"la razılığa gəlib".
Qeyd edək ki, Adriano Korrea karyerası ərzində "Koritiba", "Sevilya" və "Barselona"da çıxış edib.
saytlarin hazirlanmasi