"Viktoriya" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı

13:52 - 23 İyul 2016

Oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək
 
Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Viktoriya" Plzen - "Qarabağ" matçının hakim təyinatları açıqlandıb.
 
Sportal.az xəbər verir ki, görüşü makedoniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Aleksander Stavrev olacaq.
 
Baş hakim: Aleksandar Stavrev
Yan xətt hakimləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dmitar Meçkarovski
UEFA nümayəndəsi: Reymond Ellinqem (İngiltərə)
Hakim-inspektor: Yonel Piskonu (Rumıniya)
 
Qeyd edək ki, iyulun 26-ı Bakı vaxtı ilə saat 22:15-də Plzen şəhərindəki "Doosan Arena"da keçiriləcək.

Xəbər xətti