Ulduz futbolçu "Seltik"də

20:18 - 23 İyul 2016

2 illik müqavilə imzalanacaq

 

"Liverpul”dan ayrılan ulduz futbolçu Kolo Ture özünə yeni komanda tapıb.  
 
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü karyerasını Şotlandiyada davam etdirəcək. 
 
Belə ki, 35 yaşlı təcrübəli futbolçu "Seltik” komandasıyla anlaşıb. Kolo hal-hazırda yeni komandası üçün tibbi müayinədən keçir. Onun bu gün Şotlandiya nəhəngi ilə müqavilə imzalayacağı gözlənilir.  Mərkəz müdafiəçisi ilə iki illik müqavilə imzalanması nəzərdə tutulub. 
 
Qeyd edək ki, Kolo Ture karyerası ərzində "ASEC Mimosas”, "Arsenal”, "Mançester Siti” və "Liverpul” kimi komandalarda forma geyinib.

Xəbər xətti