"Qarabağ"ın sabiq futbolçusunun yeni klubu məlum oldu

14:58 - 24 İyul 2016

1 illik müqavilə imzalandı
 
"Qarabağ”ın sabiq futbolçusu Çumbinyo özünə yeni klub tapıb. 
 
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını yenidən Yunanıstanda davam etdirəcək. Son mövsümü "Atromitos” klubunda keçirən Çumbinyo bu dəfə "Levadiakos” klubu ilə 1 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, AZAL-dan ayrılan Stanislav Namaşko da "Levadiakos"la müqavilə imzalamışdı.

Xəbər xətti