Mixael Şumaxerin şərəfinə dostluq matçı keçiriləcək

15:50 - 24 İyul 2016

Ulduzlar arasında
 
İyul ayının 27-də Almaniyanın Mayns şəhərində yerləşən "Kofake Arena”da ulduz basketbolçular, məşhur Formula-1 pilotları və tanınmış futbolçular arasında dostluq matçı təşkil olunacaq.
 
Sportal.az xəbər verir ki, komandaların kapitanları məşhur basketbolçu Dirk Novitski və tanınmış Formula-1 pilotu Sebastian Fettel olacaq. Məşhur futbolçulardan isə Lukaş Podolski iştirak edəcək. Maçt Formula-1-in əfsanəvi pilotu Mixael Şumaxerin şərəfinə keçiriləcək. Belə ki, matçdan gələcək gəlirin bütov hissəsi "Beyin Xəstəliklərindən Dəstək Fondu”na yatırılacaq. Sözügedən matçda Şumaxerin oğlu Mik Şumaxer də iştirak edəcək.
 
Matçı izləmək istəyən azarkeşlər biletləri 9 və 15 avro məbləğində əldə etməlidirlər.
 
Qeyd edək ki, Mixael Şumaxer 2 il yarım əvvəl Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmışdı. Şumaxer həmin vaxtdan bəri evində aparatlara bağlı şəkildə yaşayır.

Xəbər xətti