Fransa - İtaliya qarşılaşması CBC Sport-da
Həmyerlimiz Əliyar Ağayev 19 yaşlılar arasında Avropa çempionatının final oyununu idarə edəcək.
Sportal.az xəbər verir ki, Almaniyanın Hoffenhaym şəhərinin “Reyn Nekkar Arena” stadionunda keçiriləcək final matçında Fransa və İtaliya milli komandaları üz-üzə gələcək.
Bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq həlledici oyunu CBC Sport canlı yayımla sizə təqdim edəcək.
saytlarin hazirlanmasi