Mourinyodan futbolçularına "Pokemon Go" qadağası

18:42 - 24 İyul 2016

"Matçdan 48 saat öncə oyun oynamamalarını istəyib"

 

Son zamanlar məşhur olan "Pokemon Go" oyunu futbol dünyasına da təsir edib.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo asılılıq yaradan "Pokemon Go" oyununu futbolçularına qadağan edib.

 

"Daily Star"a açıqlama verən bir klub nümayəndəsi "Jozenin futbolçularla və texniki heyətlə münasibətləri çox yaxşıdır. Futbolçuların daha yaxşı dincəlməsi və oyunlara yaxşı hazırlaşmaları üçün matçdan 48 saat öncə oyun oynamamalarını istəyib" deyə bildirib.

Xəbər xətti