Oyunu polşalı hakimlər briqadası idarə edəcək
Avropa Liqasının III təsnifat mərhələsində baş tutacaq "Lill" - "Qəbələ" matçının hakim təyinatları açıqlandıb.
Sportal.az xəbər verir ki, görüşü polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Stefanski olacaq.
Baş hakim: Daniel Stefanski
Yan xətt hakimləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbinyu Dobrinin (hamısı Polşa)
UEFA nümayəndəsi: Frank De Blikere (Belçika)
Hakim-inspektor: Pavel Kolev (Bolqarıstan)
Qeyd edək ki, "Lill" - "Qəbələ" matçı iyulun 28-i Bakı vaxtı ilə saat 21:00-da "Stad Pyer Morua" arenasında keçiriləcək. Lill şəhərində yerləşən stadion 50 min 157 tamaşaçı tutumuna malikdir.
saytlarin hazirlanmasi