Final matçı
	 
	Almaniyada təşkil edilən 19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
	 
	Sportal.az xəbər verir ki, həlledici oyunda Fransa və İtaliya milliləri üz-üzə gəliblər. FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi oyunda Fransa yığması 4:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.
	 
	Ağayev oyunda 7 dəfə əlini cibinə atmalı olub. Həmyerlimiz 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.
	 
	U-19 Avropa çempionatı, final
	24 iyul
	Fransa 4 - 0 İtaliya
	QOLLAR: Yan-Kevin Auqustin, 6, Lüdovik Blas, 19, Lukas Tusart, 82, İssa Diop, 90+2
	 
	
                      
saytlarin hazirlanmasi