"Çelsi"də ciddi itki

19:31 - 25 İyul 2016

 İvanoviç sıradan çıxıb

 

Növbəti mövsümə hazırlaşan "Çelsi" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, London klubunun serbiyalı müdafiəçisi Branislav İvanoviç sıradan çıxıb. Təcrübəli futbolçu "zadəganlar"ın hazırlıq matçı zamanı çiynindən zədələnib. 32 yaşlı mərkəz müdafiəçisinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, İvanoviç "Çelsi"nin "Liverpul" və Madrid "Real"ı ilə keçirəcəyi hazırlıq qarşılaşmalarında komandasına kömək edə bilməyəcək.

Xəbər xətti