"Stok Siti" "Liverpul"un futbolçusunu transfer etdi FOTO

10:30 - 26 İyul 2016

5 illik müqavilə imzalandı
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Stok Siti" klubu heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, "Stok Siti" "Liverpul"un yarımmüdafiəçisi Co Alleni 13,5 milyon funt-sterlinqə transfer edib. Uelsi futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, 26 yaşlı futbolçu 2012-ci ildə "Liverpul"a "Suonsi Siti"də transfer olmuşdu.
 

Xəbər xətti