Ramin Musayev: "Nəcə komanda saxlamaq lazım olduğunu hamıya göstərəcəm"

14:39 - 26 İyul 2016

"Mil-Muğan"da məqsədimiz milli komandaya futbolçu yetişdirmək olacaq"
 
"Mil-Muğan” komandası 2017/18 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edə bilər.  
 
Sportal.az xəbər verir ki, bu sözləri PFL-nın prezidenti Ramin Musayev məlumat verib. Musayev bildirib ki, yeni mövsümdən "Mil-Muğan"a nəzarət edəcək:
 
"Mən "Mil-Muğan"ın prezidenti olmayacam. Sadəcə, komandaya rəhbərlik edəcəm. Əlbəttə, klubda işlər qaydasında getsə, növbəti mövsümdən Premyer Liqada çıxış edə biləcək. Mən "Mil-Muğan"dan pul qazanmaq niyyətində deyiləm. Nəcə komanda saxlamaq lazım olduğunu hamıya göstərəcəm. "Mil-Muğan"da məqsədimiz milli komandaya futbolçu yetişdirmək olacaq".

Xəbər xətti