Juliano Piter klubunda
Rusiyanın "Zenit" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Piter təmsilçisi Braziliyanın "Qremio" klubunun futbolçusu Julianonu transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Zenit" qarşı tərəfə 7 milyon avro ödəyib.
Qeyd edək ki, 2011-2014-cü illərdə Ukraynanın "Dnepr" klubunda çıxış edən braziliyalı futbolçu 2014-cü ildən "Qremio"nun şərəfini qoruyurdu.
saytlarin hazirlanmasi