Yunus Sanxare "Lill"də
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi "Qenqam"ın futbolçusu Yunus Sanxareni transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Lill" Seneqallı futbolçunun transferi üçün 6 milyon avro ödəyib.
Qeyd edək ki, 2013-cü ildən "Qenqam"ın şərəfini qoruyan Sanxare meydana çıxdığı 87 matçda 7 dəfə fərqlənib.