"Atletiko" 20 yaşlı qapıçı transfer etdi
"Atletiko" Madrid heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Argentinanın "Atletiko Rafaela" klubunun qolkiperi Aksel Verneri rənglərinə bağlayıb. Bu barədə məlumatı Cənubi Amerika klubunun saytı yayıb. İspanlar 20 yaşlı "əlcək sahibi" ilə 5 illik müqavilə imzalayıb.
Müqavilənin detalları barədə heç bir məlumat verilməyib.
saytlarin hazirlanmasi