"Yuventus" futbol tarixinin ən bahalı 3-cü transferini reallaşdırdı

00:18 - 27 İyul 2016

İquain "Yuventus"da
 
Son İtaliya çempionu "Yuventus"un "Napoli"nin hücumçusu Qonsalo İquainin transferində razılığa gəldiyi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Napoli"nin hücumçusu Qonsalo İquainin transferini həll edib. 28 yaşlı forvardın transferi "Yuventus"a 90 milyon avroya başa gəlib Argentina millisinin hücumçusu "Yuventus"la 4 illik müqavilə imzalayıb.
 
Qonsalo İquanin transferi futbol tarixində ən bahalı 3-cü transfer olub.
 
Qeyd edək ki, ən bahalı transferlər Qaret Beyl (100 milyon avro) və Kristiano Ronaldodur. (94 milyon avro).

Xəbər xətti