"Viktoriya"nın baş məşqçisi: "Hər iki komandanın şansları eynidir"

01:48 - 27 İyul 2016

"Nəticəni qənaətbəxş hesab etmək olar"
 
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya" Plzenlə 0:0 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Roman Pivarnik oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
 
"Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Nəticəni qənaətbəxş hesab etmək olar. Qol epizodları yaratmaqda çətinlik çəkdik. Oyunçularıma fasilədə xüsusi tapşırıqlar verdim. Amma qırmızı vərəqə planlarımızı alt-üst etdi. "Qarabağ" müdafiədə səliqəli oynadı. Hər iki komandanın şansları eynidir".

Xəbər xətti