"Əgər səfərdə 1 qol vursaq, “Qarabağ” bizə 2-sini vurmağa məcbur olacaq"
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya" Plzenlə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Plzen təmsilçisinin kapitanı Roman Hubnik matçla bağlı öz fikirlərini bildirib:
“Cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdik. Oyun çox çətin keçdi. “Qarabağ” müdafiədə diqqətli oynadı. Xüsusilə də ikinci hissədə kompakt şəkildə oynadılar. Düzdür, rəqibimizə imkan vermədik. Cavab matçında qol vurmağa çalışacağıq. Əgər səfərdə 1 qol vursaq, “Qarabağ” bizə 2-sini vurmağa məcbur olacaq”.
saytlarin hazirlanmasi