"Barselona"dan rəsmi transfer FOTO

16:56 - 27 İyul 2016

Andre Qomeş Kataloniya klubunda

 

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniyalılar "Valensiya"nın futbolçusu Andre Qomeşi transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Portuqaliya milli komandasının üzvünün transferi "Barselona"ya 35 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Qomeş 2015/2016-cı il mövsümündə "Valensiya"nın heyətində 30 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

 

Xəbər xətti