İmmobile "Latsio"da
İtaliyanın "Latsio" klubu yeni futbolçu ilə heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sevilya"nın hücumçusu Çiro İmmobileni transfer edib. Müqavilənin müddəti barədə məlumat verilməyib. 26 yaşlı forvardın transferi üçün italyanlar "Sevilya"ya 9 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan 26 yaşlı futbolçu son mövsümdə icarə əsasında "Torino"da çıxış edib. İmmobile Turin klubunun heyətində meydana çıxdığı 14 matçda 5 qola imza atıb.
saytlarin hazirlanmasi