"Lill"in kapitanı: "Qəbələ" Fransa çempionatının səviyyəsində olan komandadır"

00:56 - 28 İyul 2016

"Uiksi tanımıram, amma "Qəbələ" güclü rəqibdir"
 
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” öz meydanında “Qəbələ”ni qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, “Lill”in kapitanı Rio Mavuba oyunöncəsi mətbuat konfransında bu fikirləri səsləndirib: 
 
"Deyə bilərəm ki, "Qəbələ" Fransa I Liqa səviyyəsində olan komandadır. Rəqibimiz ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb. Bu, onların səviyyəsindən xəbər verir. "Qəbələ" artıq 2 mərhələ keçib. Yavaş-yavaş Avropanı kəşf edirlər. Baş məşqçimiz rəqibi yaxşı nalaiz edib. Teo Uiks? Onu tanımıram, amma "Qəbələ" güclü rəqibdir. Oyuna ciddi hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik".

Xəbər xətti