Alexandre Pato La Liqa klubunda FOTO

12:38 - 28 İyul 2016

4 illik müqavilə imzalandı
 
"Korintians" klubunun hücumçusu Alexandre Pato karyerasını İspaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu La Liqa təmsilçisi "Vilyarreal"la 4 illik müqavilə imzalayıb. "Sarı sualtı qayıq" bu transfer üçün "Korintians"a 3 milyon avro ödəyib.
 
Xatırladaq ki, Pato son mövsümü icarə əsasında "Çelsi"də keçirib.

 

Xəbər xətti