Sportal.az xəbər verir ki, bir komandanın kapitanı məşhur Formula-1 pilotu Sebastian Vettel, digər komandanın kapitanı isə ulduz basketbolçu Dirk Novitski olub.
Fettelin komandasının tərkibində məşhur Formula-1 pilotları Niko Rozberq və Felipe Massa da iştirak edib. Novitzkinin komandasında Lukas Podolski və Miroslav Kloze də yer alıb.
Formula-1-in əfsanəsi Mixael Şumaxerin şərəfinə keçirilən matç Novitzkinin komandasının 9:6 hesablı qələnəsiylə başa çatıb.
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmanı 24 822 nəfər azarkeş izləyib. Matçdan gələn gəlir beyin xəstəliklərindən əziyyət çəkən insanlara yardım fonduna köçürülüb..
Xatırladaq ki, Mixael Şumaxer 2 il yarım əvvəl Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılaraq komaya düşmüşdü. Həmin vaxtdan bəri, o, evində aparatlara bağlı şəkildə yaşayır.