Boatenq "Las Palmas"da
Müqaviləsi başa çatdığı üçün "Milan"dan ayrılan Kevin-Prins Boatenqin yeni iş komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Qana milli komandasının üzvü karyerasını İspaniyada davam etdirəcək. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi İspaniya La Liqasında mübarizə aparan "Las Palmas” komandasıyla anlaşıb.
Klubun prezidenti Migel Angel Ramirez də "AS” qəzetinə açıqlamasında futbolçunun komandaya keçidini təsdiqləyib. Klub rəsmisi bildirib ki, gələn həftə Boatenqlə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Las Palmas” Boatenqin sayca 7-ci klubu olacaq. Qanalı futbolçu daha öncə "Herta”, "Tottenhem”, "Boorussiya” , "Portsmut”, "Milan” və "Şalke” kimi komandalarda forma geyinib.