"CBC Sport" yayımın kəsilməsi ilə bağlı açıqlama verdi

00:12 - 29 İyul 2016

Avropa Liqasının III təsnifat mərhələsində təmsilçimiz "Qəbələ" səfərdə Fransanın "Lill" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesablı heçə ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, "CBC Sport" kanalından tamaşaçılara nümayiş etdirilən matçın 86-cı dəqiqəsindən sonra yayım kəsilib. Bununla bağlı kanal rəsmi "facebook" hesabından azarkeşlərdən üzr istəyib:
 
"Hörmətli "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı. Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik. Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq. Xatırladaq ki, matç 1:1 hesabı ilə heç-heçə başa çatdı. Komandamıza cavab görüşündə uğurlar arzu edirik".

Xəbər xətti