Frederik Antonetti: "Bu hesab bizim üçün faciə deyil" MÜSAHİBƏ

01:13 - 29 İyul 2016

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” doğma meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, “Lill”in baş məşqçisi Frederik Antonetti oyundan sonra jurnalistlərin suallarını cavablanıdırıb:
 
- Nəticəni necə hesab edirsiz?
- Təəssüflər olsun ki, erkən qol buraxdıq və isətidyimiz oyunu qura bilmədik. Evdə keçirdiyimiz oyunda qələbə qazanmalı idik. Amma problemlərimizin olması açıq-aşkar görünürdü. Rəqibin heyətində yaxşı futbolçuların olduğunu oyundan öncə də bildirmişdim.
 
- Hücum xəttində "dişsizlik" hiss olunurdu...
- Qol epizodlarımız çox oldu. Şanslarımızda istifadə etməli idik. Cavab matçına yaxşı hazırlaşmalıyıq.
 
- Şansları necə dəyərləndirirsiz?
- Deyərdim ki, şanslar bərabərdir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək üçün sonra qədər mübarizə aparacaq.
 
- Doğma meydanda bacarmadığınızı səfərdə edə biləcəksiz?
- Bizim üçün heç nə bitməyib. Bu hesab bizim üçün faciə deyil. Cavab matçında hər şey ola bilər. Amma Bakıdakı çətin olacağını indidən qeyd etmək istəyirəm.
 
- Ederin yoxluğu özünü göstərirdi. Onu cavab oyunu üçün Bakıya aparacaqsız?
- Eder bu oyun tam hazır deyildi. Əlbəttə, Eder bizim əsas futbolçularımızdan biridir. Onun cavab matçında oynayacağı gözlənilir.

Xəbər xətti