Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” doğma meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, “Lill”in heyətində "Qəbələ"yə qol vuran Rayan Mendeş oyundan sonra açıqama verib:
"İlk hissədə çox çətinlik çəkdik. Erkən qol buraxdıq və hücumlar qurmaqda çətinlik çəkməyə başladıq. Soyunub-geyinmə otağında baş məşqçimiz Federiko Antonetti bizi silkələdi. O, bizi ayıltdı. İkinci hissədə hesabda irəli də çıxa bilərdik. Amma bunu bacarmadıq. Qol vurduğum üçün çox xoşbəxtəm. Komandamız məğlubiyyətdən xilas etdim. Cavab matçı çox çətin keçəcək. Bakıdakı oyuna ciddi hazırlaşmalıyıq".
saytlarin hazirlanmasi