"Neftçi"dən ayrılan futbolçu İspaniya klubu ilə müqavilə imzaladı

14:33 - 29 İyul 2016

Xuan Alberto Mellinin “Neftçi”dən ayrıldığı haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu III Divizion təmsilçisi “Roys Deportiu” klubu ilə 1+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Melli Azərbaycanda “Simurq” və “Neftçi” klublarında çıxış edib. O, həmçinin “Real Betis”, “Tenerife”, “Gent” və “Şerif” kimi klublarda da çıxış edib.

Xəbər xətti