Bafetimbi Qomiş Fransa klubunda FOTO

18:16 - 29 İyul 2016

Fransa I Liqasında çıxış edən "Marsel" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "Marsel" "Suonsi Siti"nin hücumçusu Bafetimbi Qomişi heyətinə qatıb. 30 yaşlı forvard "Marsel"də icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir.

 

Qeyd edək ki, fransalı forvard "Suonsi siti"də 64 oyuna 13 qol vurub.

 

Xəbər xətti