"Lester Siti" klubunda yeni müqavilə gerçəkləşib.
Sportal.az xəbər verir ki, "tülkülər" Uels yığmasının üzvü Endi Kinqlə müqavilə müddətini uzadıb. 27 yaşlı yarımmüdafiəçi "Lester Siti" ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Endi Kinq peşəkar karyerası ərzində yalnız "Lester Siti"də oynayıb. Kinq "Lester Siti"də Liqa I, Çempionşip və Premyer Liqa çempionluğu yaşayıb.
saytlarin hazirlanmasi