"Liverpul"un yeni transferi Loris Karius zədələnib.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, gənc qolkiper "Çelsi" ilə yoxlama matçında zədələnib. 23 yaşlı futbolçunun zədəsi ciddidir. Kariusun 2 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Xatırladaq ki, "Liverpul" almaniyalı qolkiperi yay transfer pəncərəsində "Mayns"dan 4,7 milyon-funt sterlinqə transfer edib.
saytlarin hazirlanmasi