Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" Plzenin baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, Pivarnik bu gün Çexiya çempionatının ilk turunda qarşılaşacaqları "Yilava" ilə matçöncəsi bunları söyləyib:
"Oyun ciddi hazırlaşırıq. İlk turlarda komandalar fiziki baxımdan tam hazır olmurlar. "Yilava"nın yoxlama matçlarını izləmişəm. Bu matç bizim üçün bir qədər qəribə olacaq. Rəqibin oyun stilinə görə, bunu söyləyirəm. Hesab edirəm ki, biz qalib gələcəyik".
Təcrüvəli mütəxəssis "Qarabağ"la matçı düşünərək bəzi futbolçulara istirahət verəcəyini qeyd edib:
"Bizi "Qarabağ"la çətin cavab matçı gözləyir. Bu oyunda bəzi oyunçulara istirahət verəcəm. Futbolçularım cavab matçına tam şəkildə hazır olacaqlar. İlk oyunda yaxşı oynamışdıq, amma qol vura bilməmişdik. Cavab oyununda isə qol vurmağa çalışacağıq".