Zlatan İbrahimoviç yenicə tranfser olunduğu "Mançester Yunayted” klubuna külli miqdarda gəlir qazandırıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, bu gəlir ulduz futbolçunun forma satışından əldə olunub. Bir həftə ərzində 34 yaşlı futbolçunun çox sayda forması satılıb. Klub bu şatışdan 76 milyon funt-sterlinq qazanc əldə edib.
Qeyd edək ki, İbrahimoviç bir neçə gün öncə klubun onun formasının satışından əldə edəcəyi gəlirlə Pol Poqbanı transfer edə biləcəyini söyləmişdi.
saytlarin hazirlanmasi