Almaniyanın "Şalke” klubunun futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu "Mançester Siti” klubuna transfer olub. Transferin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, gənc hücumameyilli yarımmüdafiəçi "Şalke”nin yetirməsidi və 2014-cü ildən komandanın əsas heyətində mübarizə aparır. Sane Almaniyanın əsas milli komandasının heyətində 4 rəsmi matçda forma geyinib.
saytlarin hazirlanmasi