"Viktoriya"nın futbolçusu: "Əsas məqsədimiz Bakıda "Qarabağ"a qol vurmaqdı"

17:13 - 1 Avqust 2016

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Viktoriya" Plzenin futbolçusu Radim Reznik matçlara bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən 27 yaşlı müdafiəçi məqsədlərinin Bakıda qol vurmaq olduğunu deyib:

 

"Əsas məqsədimiz Bakıda "Qarabağ"a qol vurmaqdı. İstəyimizə çatacağımıza inanıram. Çexiyadakı matçda oyunu daha çox meydanın rəqibə aid olan hissəsində keçirdik. Lakin qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdik. Bəlkə də ustalıq səviyyəmiz çatmadı".

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Republika stadionunda keçiriləcək “Qarabağ” – “Voktroiya” qarşılaşması sabah saat 20:30-da başlayacaq.

Xəbər xətti