İsveçrə millisinin futbolçusu "Qalatasaray"da

00:42 - 2 Avqust 2016

İsveçrə millisinin və Türkiyənin "Kasımpaşa” klubunun futbolçusu Eren Derdiyok karyerasını "Qalatasaray”da davam etdirəcək. 
 
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Derdiyok yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
 
Qeyd edək ki, Dərdiyok karyerası ərzində "Old Boys”, "Bazel”, "Bayer” (Leverkuzen), "Hoffenhaym” kimi komandalarda forma geyinib. O, İsveçrə millisinin heyətində 50 oyuna çıxıb və 10 qol vurmağa nail olub.

 

Xəbər xətti