"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "yarasalar" "Barselona"nın futbolçusu Martin Montoyanı heyətinə cəlb edib. 25 yaşlı müdafiəçi "Valensiya" ilə 4 illik müqavilə imzaladı.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Montoya ötən mövsümün ilk yarısını "İnter"də, ikinci dövrəni isə "Betis"də icarə əsasında keçirib.