"Sumqayıt” əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılıq əldə olunub və müqaviləyə xitam verilib. Belə ki, Babayev öz istəyi ilə komandanı tərk edib.
Qeyd edək ki, Rövşən Babayev "Sumqayıt"dan öncə "Simurq" və "Rəvan" klublarında məşqçi kimi çalışıb.