Avropa çempionu "Qəbələ"yə qarşı oynayacaq?

14:56 - 2 Avqust 2016

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qəbələ" - "Lill" matçında Fransa təmsilçisi əsas qol silahı Ederin xidmətindən yararlana biləcək.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Portuqaliyaya Avropa çempionuğunu qazandıran qolun müəllifi olan Eder bir müddət istirahət etdikdən sonra formasını bərpa edib. İlk oyunuda iştirak etməyən 28 yaşlı forvard "Bakcell Arena"da keçiriləcək cavab matçında komandasına kömək edəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı avqustun 4-də baş tutacaq.

Xəbər xətti