PSJ klubunda yeni müqavilə gerçəkləşib.
Sportal.az xəbər verir ki, son Fransa çempionu yarımmüdafiəçisi Marko Veratti ilə müqaviləni uzadıb. İtaliyalı futbolçu müqaviləyə əsasən daha 5 il PSJ-də çıxış edəcək.
Qeyd edək ki, PSJ Verattini 2012-ci ildə "Peskara"dan transfer etmişdi.