"Başakşəhər” klubundan ayrılan Semih Şəntürkün yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Türkiyə PTT I liqasında mübarizə aparan "Əskişəhərspor” komandası ilə anlaşıb.
"Milliyət” qəzetinin məlumatına görə, Türkiyə millisinin və "Fənərbaxça” nın sabiq üzvü sabah yeni komandasının düşərgəsinə qoşulacaq və məşqlərə start verəcək. Təcrübəli hücumçunun yeni klubu ilə 2 illik müqavilə imzalayacğı gözlənilir.
Qeyd edək ki, Semih Şəntürk karyerası ərzində "Fənərbaxça”, "İzmirspor”, "Antalyaspor” və "Başakşəhər” kimi komandalarda forma geyinib.
saytlarin hazirlanmasi