Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn 5 komanda məlum oldu

02:30 - 3 Avqust 2016

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 5 matç baş tutub. "Viktoriya", APOEL, "Dinamo" Zaqreb, "Dandalk" və "Ludoqorets" klubları pley-off mərhələsinə yüksəliblər.

 

2 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

 

20:30. “Qarabağ” (Azərbaycan) - “Viktoriya” Plzen (Çexiya) - 1:1

QOLLAR: Muarem Muarem, 30 - Mixael Krmençik, 85

İlk oyun: 0 - 0

 

21:00. APOEL (Kipr) - “Rusenborq” (Norveç)

QOLLAR: Canniotas, 90+1, 90+7, Vander, 90+3

İlk oyun: 1 - 2

 

21:00. “Dinamo” Tbilisi (Gürcüstan) - “Dinamo” Zaqreb (Xorvatiya) - 0:1

QOL: Marko Roq, 8

İlk oyun: 0 - 2

 

22:30. “Srvena Zvezda” (Serbiya) - “Ludoqorets” (Bolqarıstan) - 2 - 2 (Əlavə vaxt: 2 - 4)

QOLLAR: Miçel Donald, 23, Luis İbanes, 63 (pen.) - Conatan Kafu, 23, Vanderson, 40, 92, 97

İlk oyun: 2 - 2

 

23:00. “Dandalk” (İrlandiya) - BATE (Belarus) - 3 - 0

QOLLAR: David Makkilan, 44, 59, Robi Benson, 90

İlk oyun: 0 - 1

Xəbər xətti