Bir müddət öncə "Qəbələ” ilə danışıqlar aparan lakin tibbi müayinədən uğursuz keçən Marsel Essombenin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, son olaraq "Dinamo" Buxarest klubunun formasını geyinən kamerunlu hücumçu karyerasını Türkiyədə davam etdirəcək. 28 yaşlı futbolçu Türkiyə PTT I Liqasında mübarizə aparan "Manisaspor" klubu ilə anlaşıb. "Manisaspor TV"-nin məlumatuna görə, Essombe ilə 1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, ötən mövsümün sonlarında "Sumqayıt"dan Samir Abasovun tələbi ilə uzaqlaşdırılan Uğur Pamuk "Manisaspor"la müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi