Sabah Bakı vaxtı ilə 14:00-da Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, 20 komanda pley-off mərhələsində mübarizə aparacaq. Komandalar 2 səbətə ayrılıb. “Qarabağ”ı turnirdən uzaqlaşdıran Çexiya çempionu “Viktoriya” Plzen səpələnmişlər sırasındadır. Bu o dəməkdir ki, “Viktoriya” pley-off mərhələsində nisbətən zəif komanda ilə qarşılaşacaq. “Qarabağ” mərhələni keçsəydi, səpələnməmişlər sırasında olacaqdı və daha güclü rəqiblərlə qarşılaşacaqdı.
Çempionlar yolu, Səpələnmişlər
“Viktoriya” Plzen (Çexiya)
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
APOEL (Kipr)
“Legiya” Varşava (Polşa)
Səpələnməmişlər
“Dinamo” Zaqreb (Xorvatiya)
“Ludoqorets” (Bolqarıstan)
“Kopenhagen” (Danimarka)
“Hapoel” Beer-Şeva (İsrail)
“Dandalk” (İrlandiya)
Liqa yolu
Səpələnmişlər
“Mançester Siti” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Vilyarreal” (İspaniya)
“Ayaks” (Hollandiya)
“Borussiya” Münhenqladbax (Almaniya)
Səpələnməmişlər
“Roma” (İtaliya)
“Styaua” Buxarest (Rumıniya)
“Monako” (Fransa)
“Yanq Boys” (İsveçrə)
“Rostov” (Rusiya)
saytlarin hazirlanmasi